Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında 2024-cü ildə ölkə ərazisində növbədənkənar prezident seçkilərinin keçirilməsinin qərara alınması cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib.
Newscenter.az-ın xəbərinə görə, müstəqil siyasətçi Arzuman Abdülkərimov deyib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Onun sözlərinə görə. növbəti seçkilər bəzi hallarda, bəzən hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir:
"Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlar siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər".
Arzuman Abdulkərimov növbədənkənar seçkilərlə bağlı radikal siyasi düşərgənin etirazlarına da diqqət çəkib və bunu əsassız sayıb:
"Qaraguruh yenə öz ampluasındadır. Növbədənkanar seçkilərin elan olunmasını müxtəlif bəhanələrlə sobataj etməyə çalışırlar. Normalda isə qaraguruh sevinməli idi. Çünki seçki hakimiyyətə gəlmək üçün əsas vasitədir. Amma bunlar uduzacaqlarını öncədən bildikləri üçün şər-şəbədə danışırlar".
Anar Əliyev