"İspaniyanın Baş naziri Sançes həqiqətən də Qərb ölkələri arasında ən cəsur, qəhrəman olaraq ortaya çıxdı".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri deyib ki, İspaniya baş naziri Avropa Birliyi ölkələri tərəfindən Fələstini tanımaq əzmini nümayiş etdirib.
Rəcəb Tayyib Ərdoğan, "İspaniya Sançeslə "Mən Fələstinin Avropa Birliyi tərəfindən tanınması üçün təklifimi verəcəm" deyəcək qədər cəsarətli idi",-deyə bildirib.
Anar TAĞIYEV