Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfəri zamanı bu ölkənin baş naziri Miçotakisə anlamlı hədiyyə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri Yunanıstanın baş nazirinə “İşğal olunmuş Fələstinin ədalətli davasında Türkiyənin sülh diplomatiyası” adlı kitabı hədiyyə edib. 3 dildə hazırlanan kitabda Türkiyənin sülh üçün diplomatik təşəbbüslərindən bəhs edilir.
Qeyd edək ki, Ərdoğanın Yunanıstan səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz Yaxın Şəqdəki vəziyyət və İsarilin Qəzzaya hücumu olub.
Anar TAĞIYEV