Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh müqaviləsini bağlamağa özünü hazırlaya bilər

Ermənistan sülh müqaviləsini bağlamağa özünü hazırlaya bilər


"Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında keçirilən ikitərəfli görüş dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması üçün ən optimal yanaşmadır. Çünki vasitəçilər nizamlama prosesində öz maraqlarını da güdürlər. Görünən odur ki, məhz bu görüşdən sonra Ermənistan rəhbərliyi reallığa uyğun qərarlar qəbul etməyə başlayıb".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, bundan əvvəl isə Fransanın qızışdırıcı təsiri ilə münasibətləri gərginləşdirirdi:

"Təbii ki, bütün bunlar ilk növbədə Ermənistanın özünə ziyanlıdır. Həm də Ermənistan bu mövqeyi ilə regiona kənar müdaxilələr üçün açar rolunu oynayırdı. Yaxşı haldır ki, onlar bu avantürüst yanaşmalarını dəyişməkdədirlər. Belə ki, dünən Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan başqa baş nazir Paşinyanın əsirlərin dəyişdirilməsi ilə bağlı sosial şəbəkədə Azərbaycanın ünvanına müsbət fikirlər yazıb. Təbii ki, bütün bunlar Ermənistanın Azərbaycanla anlaşmaya meyl etdiyini göstərir".

Politoloqun qənaətincə, əgər bundan sonra da Ermənistan rəhbərliyi reallığın nəbzini tuta bilsə, kənar müdaxilələri minimuma endirməklə sülh müqaviləsini bağlamağa özünü hazırlaya bilər.

Anar Əliyev
Xəbəri paylaş