İsrailin Qəzzada hərbi əməliyyatları davam edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, İsrail aviasiyası bu gecə də mülki obyektləri hədəfə alıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Qəzzadakı Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirib. Nəticədə 5 nəfər həlak olub, onlarla mülki vətəndaş yaralanıb.
İsrail aviasiyası həmçinin, Qəzza zolağının mərkəzində yerləşən Əl-Əqsa Şəhidləri Xəstəxanasına da raket zərbəsi endirib. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Anar TAĞIYEV