"NATO ilə 3-cü Dünya Müharibəsinə çevrilə biləcək birbaşa münaqişə təhlükəsi var".
Newscenter.az trthaber-ə istindən bildirir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.
Medvedev Telegram kanalında verdiyi açıqlamada, "Rusiya ilə NATO arasında III Dünya Müharibəsi təhlükəsi heç vaxt bu qədər real olmayıb",-deyə vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl də Medvedev üçüncü Dünya Müharibəsi təhlükəsindən danışmışdı.
Anar TAĞIYEV