Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycana səfərə gələcək

Paşinyan Azərbaycana səfərə gələcək


Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin bir neçə gün əvvəl sərhəd xəttində görüşməsi, bunun ardınca ötən gün iki ölkənin əsirlərin dəyişdirilməsi ilə bağlı yaydığı birgə bəyanat Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yaxında olduğundan xəbər verir. Hər halda ekspertlər belə hesab edirlər.

Newscenter.az-ın xəbərinə görə, QAFSAAM-ın sədr müavini Nazim Cəfərsoy da hesab edir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması yaxınlaşır. Onun sözlərinə görə, bu müqavilənin 7 fevraldan öncə imzalanması ehtimalı artıb:

"Ancaq bu prosesin zamanı Ermənistan daxili və qlobal xarici amillərin təsiri ilə dəyişə bilər. Bu müqavilə imzalanarkən tərəflər, xüsusilə Azərbaycan bu sülhün qlobal və regional güclərdən hamısının qazanacağı, ən azından heç birinin itirmədiyi bir hadisə olduğunu önə çıxaracaq. Dolayısıyla müqavilə üçün Moskva, Brüssel, Vaşinqton və Ankaranın dəstəyi alınacaq. Tehrana da müsbət mesajlar göndərilməyə davam ediləcək".

Nazim Cəfərsoy deyib ki, prezident İlham Əliyev 7 fevralda beynəlxalq sistemin normal qəbul edəcəyi bir seçki ilə təkrar seçiləcək:

"Şəxsi siyasi analizimə görə Azərbaycanda hazırda keçiriləcək normal bir seçkidə mövcud prezident ilk turda xalqın dəstəyini çox rahatlıqla alaraq qələbə çalar. Sülh müqaviləsindən sonra Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan Qafqaza sülh gətirən liderlər kimi 2024-cü ilin oktyabr ayında veriləcək Nobel sülh mükafatına layiq görüləcəklər. Paşinyan isə öldürməsələr bir gün Azərbaycana səfərə gələcək və Xocalıdakı abidənin önündə öz xalqı adına Xocalı qurbanlarından üzr istəyəcək".

Anar Əliyev
Xəbəri paylaş