İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində dünyasını dəyişənlərin sayı 17 min 177 nəfərə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təkcə son iki gün ərzində Qəzzada 930 nəfər həlak olub.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın Təl-Əvivə raket zərbələri endirməsindən sonra İsrail Qəzzada hərbi əməliyytlara başlayıb. Hərbi əməliyyat nəticəsində Qəzzada mülki binaların belə 80 faizi dağılıb.
Anar TAĞIYEV