Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada 176 nəfər ölümdən döndü

Rusiyada 176 nəfər ölümdən döndü


Novosibirskdən Moskvaya uçan S7 aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən hava limanına məcburi eniş edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğu bu barədə məlumat yayıb. “Boieng 737” sərnişin təyyarəsi dərhal istismardan çıxarılıb və sərnişinlər aerovağzal binasında yerləşdirilib. Sərnişinlərin digər təyyarə ilə mənzil başına göndəriləcəyi bildirilir. Təyyarədə 176 sərnişin və pilot heyəti olub. Hələlik, təyyarədə texniki nasazlığın hansı səbəbdən olması barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl də daha bir sərnişin təyyarəsi mühərrikində baş verən yanğına görə məcburi eniş etmişdi.

Anar TAĞIYEV
Xəbəri paylaş