Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin təbii qaz anbar tutumu 13,4 milyard kubmetrə yüksələcək

Türkiyənin təbii qaz anbar tutumu 13,4 milyard kubmetrə yüksələcək


Türkiyə 2028-ci ilin sonuna qədər təbii qaz anbar tutumunu 13,4 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Newscenter.az ölkənin Enerji və Təbii Qaynaqlar Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə Rusiya, İran və Azərbaycandan gələn boru kəmərləri ilə yanaşı, təbii qaz infrastrukturunun mühüm komponentləri olan Üzən LNG Saxlama və Qazlaşdırma Qurğuları (FSRU) və LNG terminalları müxtəlif mənbələrdən və ölkələrdən təbii qazın tədarükünü təmin edir.

Qeyd edək ki, Türkiyədə yaşayış yerlərinin və sərbəst istehlakçıların istilik və elektrik ehtiyaclarını qarşılamaq üçün hər il təxminən 50-60 milyard kubmetr təbii qaz istehlak edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş