Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynaya növbəti humanitar yardım göndərilib

Ukraynaya növbəti humanitar yardım göndərilib



Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bugün göndərilib.

Newscenter.az Energetika Nazirliyinə istinadən bildirir ki. Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

R.Mehdiyeva
Xəbəri paylaş