Gələn ilin mart ayında ölkədə baş tutacaq prezident seçkiləri ilə bağlı “Vahid Rusiya” partiyası qurultay keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, partiyanın qurultayı dekabrın 17-nə təyin olunub. “Rusiya” Beynəlxalq Sərgi və Forumunda baş tutacaq “Vahid Rusiya” partiyasının 21-ci qurultayında partiyanın prezident seçkilərində iştirak edəcək namizədi müəyyən ediləcək. Qurultayda həmçinin, bəzi təşkilati məsələlərə də baxılacaq. sonuncu dəfə partiyanın qurultayı 2021-ci ildə keçirilib.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il, mart ayının 24-də baş tutacaq.
Anar TAĞIYEV