Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən naminə gerçək seçkilərə çağırış

Vətən naminə gerçək seçkilərə çağırış

 
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildiyi ərəfədə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Bu müharibə bilavasitə ərazi iddiasının hərbi yolla davamı idi və Azərbaycan ərazi bütövlüyü uğrunda müdafiə döyüşlərinə başladı. Havadaralrından siyasi və hərbi yardım alan Ermənistan Azərbycanın 20 faiz ərazisini işğal etdi. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistan regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə həmlələr, hücumlar edirdi. 2020-ci il sentyabrın 27-də hücumun qarşısı qətiyyətlə alındı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əks-hücum əmri ilə İkinci Qarabağ müharibəsi başladı.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz bərpa edildi. Bu böyük Qələbə Azərbaycanda da, onun sərhədlərindən kənarda da yeni reallıqlar yaratdı. Bu reallıqlar həm də Azərbaycan dövlətçiliyinin daha da möhkıəmləndirilməsini təmin edəcəkdir. Azərbaycanda növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir...

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  bərpa edildi, üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Xocalıda,  Xankəndində qalibiyyətin təsdiqi kimi dalğalandırıldı.
Konstitusiya ilə müəyyənləşdirilmiş prezident seçkiləri nəzərdə tutulmuş vaxtdan tez də keçirilə bilir. Buna növbədənkənar seçkilər deyirlər, bu və ya digər səbəblərə görə, əsasən, hərbi və fövqəladə vəziyyətlərə görə, təxirə də salınır. Hər iki halda vətəndaşlar qərarı əsl vətəndaş heysiyyəti ilə qarşılayırlar.

Son on illərin siyasi və iqtisadi gerçəklikləri, dövlətlərarası münasibətlərdə Azərbaycanın nüfuzunun daha da artması, ərazilərimizin işğaldan azad edilməsi böyük siyasi xadim kimi cənab İlham Əliyevin özünə inamını, xalqın ona sevgisinin dönməzliyinin ifadəsidir. Vətən müharibəsi xalqın müharibəsi idi, xalq Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi Zəfər qazandı. Dünya Azərbaycanı qalib dövlət kimi, cənab İlham Əliyevi qalib Sərkərdə kimi tanıdı. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl beynəlxalq kürsüdən “Qarabağ Azərbaycandır!” qətiyyəti ilə dümyanı gerçəkliklərlə hesablaşmağa inandıran cənab İlham Əliyev bu seçkilərdə də xalqın Azərbaycanın sabahlarını nurlandıran Prezidentinin yanında olacağına əmindir.

Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.

2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Bu seçimin 20 ildə Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olduğu təsdiqləndi. Bu seçkilər də Azərbaycan naminə seçkilər olacaq. Xalq bu seçkilərdə də Azərbaycan naminə ən dürsüt seçim edəcək. Bu seçkilər azərbaycançılığın seçkiləri olacaq.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. 

Bu seçkilərdə də əvvəlki seçkilərdə olduğu kimi vətəndaşların seçkiyə Vətən naminə gerçək, dürüst, səmimi münasibəti olacaq...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı  

 
Xəbəri paylaş