Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb.
Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağının dərinliyi 11 km olub. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dekabrın 7-də də Xəzər dənizində zəlzələ olub.
Sona