Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.
İlkin dindirilmə zamanı sonuncu törətdiyi cinayət əməlini etiraf edib.

Newscenter.az-ın xəbərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş