Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 dekabr Ümümdünya İnsan Hüquqları günüdür

10 dekabr Ümümdünya İnsan Hüquqları günüdür


10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur.

Newscenter.az xatırladır ki, “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümümdünya İnsan Hüquqları Günü olaraq qəbul etmişdi.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.

Ümumiyyətlə, universal insan hüquqları konsepsiyasının tarixi qədim deyil. Belə ki, insan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründəki məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdu. XVIII əsrdə ABŞ-da (1776) və Fransada (1789) iki böyük inqilab baş vermiş və müvafiq olaraq ABŞ İstiqlal Bəyannaməsi və İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edilmişdi. 1919-cu ildə – Birinci dünya müharibəsi başa çatdıqdan sonra Versal sülh müqaviləsi üzrə müzakirələr aparılan zaman yaradılmış Millətlər Liqasının məqsədi silahsızlanma, kollektiv təhlükəsizlik vasitəsilə müharibənin qarşısının alınması, danışıqlar, diplomatiya və qlobal rifahın yaxşılaşdırılması nəticəsində ölkələr arasındakı mübahisələrin həll olunması idi.

İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Xəbəri paylaş