Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Newscenter.az-ın məlumatına görə, “Report”un Sumqayıt bürosu xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində altı nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib. Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.