Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib


Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Report"un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamladı.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış etdilər.

Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.
Xəbəri paylaş