Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt sakinlərindən prezidentə MÜRACİƏT

Sumqayıt sakinlərindən prezidentə MÜRACİƏT


Sumqayıt şəhərinin bir qrup sakini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət ünvanlayıb.

Müraciət müəllifləri qeyd ediblər ki, dövlət başçısı İlham Əliyev Cənablarının göstərişləri sayəsində gənclər şəhəri doğma Sumqayıtımız günbəgün gözəlləşir. Şəhər sakinləri və qonaqlar Sumqayıtda gedən quruculuq, abadlıq işlərini alqışlayır.

Lakin əfsuslar olsun işlərini təşkil edə bilməyən bəzi qurumlar yarıtmaz fəaliyyətləriilə şəhərimizdə sürətlə davam edən quruculuq işlərinə kölgə salırlar:

"Sumqayıt şəhər stansiya Sumqayıt qəsəbəsi ərazisində MERO-nun arxa tərəfindəki yaşayış massivində kanalizasi sisteminin olmaması üzündən biz sakinlər əziyyət çəkirik. Burada 7 küçə hər küçədə təqribən 20 fərdi yaşayış evi var. Ərazidə 140 yaxın ailə məskunlaşıb. Biz sakinlər çirkab sularını şambolara axıtmaq məcburiyyətindəyik.

Ərazidə antisanitariya hökm sürür. Axan çirkab suları həyətlərimizə yayılır, hasarlara ziyan vurur. Bununla bağlı Sumqayıt şəhər Su Kanal idarəsinə müraciət etmişik. İdarədən bildirilir ki,:-“adı çəkilən əraziyə boru xəttinin çəkilməsi Su idarəsinə aid deyil, bu özəl şirkətlərin səlahiyyətindədir.

Xahiş edirik qeyd edilən əraziyə kanalizasiya xəttinin çəkilməsi üçün bizdən Öz köməyinizi əsirgəməyəsiniz.
Öncədən Sizə minnətdarıq".

Anar Əliyev
Xəbəri paylaş