Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi iştirakçısı, ikinci qrup əlil məktəbə xadimə təyin edilib-BİABIRÇILIQ

Vətən müharibəsi iştirakçısı, ikinci qrup əlil məktəbə xadimə təyin edilib-BİABIRÇILIQ


Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri - adi məlumatla rastlaşdım. Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kəribəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Fəzail Ağamalı səsləndirib. Millət vəkili diqqətə çatdırıb ki, onunla söhbətində qazi İbrahim Hüseynov ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib:

"Mənim müracətimə də "başqa işim yoxdu" deyə vəzifəsinin mütləq sahibi kimi cavab verdi. İxtisasca iqtisadçı olan təhsildən elementar təsəvvürü olmayandan qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbul edilməz vətəndaş mövqeyidir!",-deyə deputat bildirib.

Anar Əliyev
Xəbəri paylaş