Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər seçkisi

Zəfər seçkisi


Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub.

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Məlumdur ki, 5 il əvvəl - 2018- ci ildə keçirilən Prezident seçkilərindən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi. Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Azərbaycan bayrağının dalğalandığı hər yerdə - Xankəndi və Şuşa başda olmaqla işğaldan azad olunmuş bütün ərazilərimizdə seçki məntəqələri yaradılacaq və 20 min insanın səsverməsi təmin olunacaq.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Seçkilərin keçirilməsi bir sıra qlobal təhlükələrdən sığortalanmaq üçün preventiv addım kimi də dəyərləndirilməlidir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar stratejidir, gələcəyə hesablanıb və dövlətin təhlükəsizliyinə xidmət edir.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaradılması baxımdan da çox mühüm rol oynayacaq. Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi dövlətimizin uğurlarını davamlı olaraq artırır. Şübhəsiz ki, qarşıdan gələn seçkilər də ölkəmizdə həyata keçirilən davamlı islahatların nümunəsi kimi dövlətimizin gücünü daha da artmasını şərtləndirən amillər sırasında olacaq. Misilsiz dövlətçilik təfəkkürünə malik Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi
Xəbəri paylaş