Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Newscenter-az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri və Yenimahalle rayon Milli Təhsil Müdiri Heydər Əliyevin Azərbaycanın çətin günlərində hakimiyyətə gələrək ölkəni inkişaf etdirdiyini, təhsilə, gənclərə verdiyi önəmi vurğulayıb.
Tədbir məktəb şagirdlərinin ifa etdikləri mahnılar və Heydər Əliyevə həsr olunmuş müsabiqədə qalib gələn əsərlərin oxunması ilə davam edib.
Tədbirin sonunda şeir, inşa və rəsm üzrə yarışmada yer tutan şagirdlər mükafatlandırılıb.
Anar Əliyev