"Ölkədə elan edilən növbədənkənar prezident seçkiləri bütün siyasi partiyalar kimi BAXCP üçün də önəmlidir. Ölkədə baş tutan bütün seçkilərdə BAXCP həmişə aktiv iştirak edib. Bu seçkidə hansı şəkildə iştirak barədə hələlik bir qərar yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, partiyanın yığıncaqlarının birində bu barədə fikir mübadiləsi və məsləhətləşmələr olacaq:
"Partiyanın İdarə Heyyəti bu növbədənkənar Prezident seçkilərində iştirak edib-etməməklə əlaqəli qərar verəcək. Qərar ölkə ictimaiyyətinə bildiriləcək. Əğər iştirak edəcəksə, partiya sədri hörmətli Millət vəkili Qüdrət Həsənquliyevin namizədliyini birmənalı yekdilliklə irəli sürəcək".
Anar Əliyev