Böyük Britaniya Ukraynaya iki minaaxtaran gəmi verəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu ölkənin Müdafiə Nazirliyi belə bir açıqlama ilə çıxış edib.
Gəmilərin Qara dənizdə təhlükəsizliyi yaxşılaşdırmaq üçün Ukraynaya veriləcəyi bildirilir. Sözügedən gəmilərin Qara dənizdə mina axtarışı ilə məşğul olacağı verilən açıqlamada qeyd edilib.
Açıqlamada o da bildirilir ki, Böyük Britaniya Norveçlə birlikdə Kiyevə dəniz yardımı göstərmək istəyən ölkələrin daxil olacağı yeni dəniz koalisiyası yaradacaq. Yeni koalisiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə Qara dənizdə gəmilərin ssürətli yerləşdirməsi üçün təlim keçəcək və sahilyanı əraziləri qorumaq üçün ölkənin dəniz piyadalarının döyüş hazırlığını təkmilləşdirəcək.
Anar TAÖIYEV