Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün əldə etdiyimiz bütün uğurların və zəfərlərin banisi cənab prezident İlham Əliyevdir

Bu gün əldə etdiyimiz bütün uğurların və zəfərlərin banisi cənab prezident İlham Əliyevdir


"2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müstəqillik dönəmində keçirilən digər seçkilərdən fərqləndirən əsas xüsusiyyət ölkə ərazisini tam şəkildə əhatə etməsidir".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edildi:

"44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də regionda sabitliyin və əminamanlığın yaranmasına şərait yaratdı. Təbii ki, regionda yaranan yeni reallıqlarla barışmayan qüvvələr var. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bunun üçün də güclü liderə sahib olmaq mütləqdir. Bu baxımdan düşünürəm ki, cənab prezident İlham Əliyev kimi güclü liderin idarə etdiyi ölkənin vətəndaşı olduğumuz üçün çox şanslıyıq. Bu gün əldə etdiyimiz bütün uğurların və zəfərlərin banisi cənab prezident İlham Əliyevdir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə ölkə başçısı seçilən zaman gec-tez üçrəngli bayrağımızın bütün torpaqlarımızda dalğalanacağı sözünü vermişdi:

"Bu gün Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə və digər rayonlarda üçrəngli bayrağımız dalğalanır. Biz əldə etdiyimiz bütün zəfərləri cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu və uzaqgörən siyasətinə borcluyuq. Artıq bu gün Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir.

Bilirsiniz ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bizim üçün əhəmiyyətlidir. Çünki 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbdənkənar prezident seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. Ən önəmlisi isə 30 ildən sonra soydaşlarımız öz doğma yurdlarında səs verəcəklər".(sonxeber.az)
Xəbəri paylaş