Bu il dünyada 183 regional münaqişə baş verib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutu belə bir açıqlama ilə çıxış edib. İnstitutun məlumatına görə, bu, son 30 ildə ən yüksək göstəricidir.
Məlumata görə, nəticədə münaqişə qurbanlarının sayı 2022-ci illə müqayisədə 14%, zorakılıq hallarının sayı isə 28% artıb.
Münaqişələrə səbəb kimi terror, ərazi mübahisələri, cinayətkar dəstələrin artması göstərilir.
Anar Əliyev