Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX və Xarici Kəşfiyyat Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq

DTX və Xarici Kəşfiyyat Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq.

Newscenter.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb

Qərarla Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.

Sona
Xəbəri paylaş