"Seçkilərin növbədənkənar elan edilməsi müxalif düşərgəni hazırlıqsız yaxaladı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli müxalif düşərgənin növbədənkənar seçkilərdə namizədlə iştirak edib-etməyəcəyi sualına aydınlıq gətirərkən səsləndirib. Onun sözlərinə görə, indiyədək yalnız referendumun keçirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Ona görə də heç bir iddiaçı və ya siyasi qüvvə prezident seçkilərinə hazırlaşmırdı:
"Bu baxımdan fərqli situasiya yaranıb. Seçkilərdə iştirakla bağlı tərəddüdlər çoxdur. Müxalif iddiaçılar hazırlıqlı deyil, indiki iqtidarın son vaxtlar əldə etdiyi nəticələr onun qələbəsini asanlaşdırıb. Ona görə də müxalif düşərgəsindən seçkilərə qoşulanların iştirakı formal xarakter daşıyacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, iqtidarın namizədinə alternativ güclü namizədin çıxarılması bir qədər çətin görünür".