Kuzey Kıbrıs Türk Cümhuriyyəti İsrailin bu ölkədə fəaliyyət göstərən Baş Konsuluna qarşı sui-qəsd edildiyi iddiasını rədd edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, KKTC prezidenti Ersin Tatar belə bir hadisənin baş vermədiyini və KKTC-nin ərazisində heç vaxt terror aktlarına icazə verməyəcək. Tatar KKTC-nin həm dəniz, həm quru, həm də hava nəqliyyatı sahəsində lazımi tədbirləri gördüyünü bildirib:
"Hadisələri yaxından izləyirik",-deyə Tatar bildirib.
Qeyd edək ki, İsrail Mossad-ın KKTC-də yəhudilərə qarşı sui-qəsdin qarşısını aldığını iddia edib.
Anar TAĞIYEV