İsrail ordusu blokada altında olan Qəzzada hərbi əməliyyatları davam etdirir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail aviasiyası Qəzzanın mərkəzi hissəsində təxminən 60 fələstinlinin yaşadığı binanı bombalayıb. Nəticədə çoxlu sayda ölən və yaralanan olub.
Hədəfə alınan 5 mərtəbəli binada təxminən 60 fələstinlinin yaşadığı və onların arasında İsrailin hücumları səbəbindən Qəzza şəhərindən qaçanların da olduğu bildirilib. Həlak olanların əksəriyyəti qadın və uşaqlardır.
İsrail ordusunun gecə saatlarında Qəzza zolağının cənubundakı Rəfah şəhərinə və mərkəzi hissədəki Nuseyrat Qaçqınlar Düşərgəsinə də raket zərbəsi endirdiyi bildirilir.
Anar TAĞIYEV