Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

London Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edən qurum yaradacaq

London Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edən qurum yaradacaq


Britaniya Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət etmək üçün xidmət yaratmağı nəzərdə tutub.

Newscenter.az TASS-a istinadən bildirir ki, yeni yaradılacaq xidmət özəl şirkətlərin Rusiyaya qarşı sanksiyalara necə əməl etmələrinə nəzarət edəcək. Bu barədə Krallığın Biznes və Ticarət Nazirliyi məlumat yayıb.

Ticarət Sanksiyalarının İcrası İdarəsi (OTSI) adlı qurum qanunu pozan firmalara cərimələr tətbiq etmək səlahiyyətlərə malik olacaq. 2024-cü ilin əvvəlindən işə başlayacaq qurum, məhsullarını üçüncü ölkələr vasitəsilə ixrac etməklə sanksiyalar rejimlərindən yayına bilən şirkətlərin fəaliyyətinə də nəzarət edəcək.

Qeyd edək ki, Rusiya Federasiyası Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri London 1,8 minə yaxın rusiyalı fiziki və hüquqi şəxsi qara siyahıya salaraq onların 23 milyard dollarlıq aktivlərini dondurub.

Anar Əliyev
Xəbəri paylaş