Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müslüm Moqamayevin xatirəsunə həsr olunan Vl Beynəlxalq Vokal Müsabiqəsi keçirilib

Müslüm Moqamayevin xatirəsunə həsr olunan Vl Beynəlxalq  Vokal Müsabiqəsi keçirilib


Ukrayna Azərbaycanlıları Radası, Ukrayna-Azərbaycan dostluğu çərçivəsində Müslüm Moqamayevin xatirəsunə həsr olunan Vl Beynəlxalq Vokal Müsabiqəsində iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbir Ukraynanın Truskavets şəhərində keçirilib. Ukrayna və Çinin müxtəlif şəhərlərindən olan peşəkar muğənnilər ilkin seçim mərhələsindən keçiblər. Mükafatlandırma mərasimində çıxış edən Truskavets şəhər meri Andrey Kulçinski tədbirə verdiyi dəstəyə görə Dünya Azərbaycanlılarının Beynəlxalq Fonduna, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna və təşkilatçılara- Müslüm Moqamayev adına Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Mer çıxışında həmçinin müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirib. Tədbirə, Ukraynanın xalq artisti, Müslüm Moqamayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasovun mahnıları xüsusi rənq qatıb.

Anar Əliyev
Xəbəri paylaş