20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq. Millimiz Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Oruc Niyazov