Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 800 metr, ortalama eni 6 metr olan Nurlan Hüseynov küçəsinin təmiri artıq yekunlaşmaq üzərədir.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, təmir çərçivəsində küçəboyu frezlənmə, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Bundan başqa 200 p/m səki daşı yenilənib.
Küçədə mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.
Hazırda küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
R.Mehdiyeva