Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya BMT-nin Dəniz Hüququ Konvensiyasından çıxa bilər

Rusiya BMT-nin Dəniz Hüququ Konvensiyasından çıxa bilər


Rusiya BMT-nin Dəniz Hüququ Konvensiyasından çıxa bilər.

Newscenter.az xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının Arktika məsələləri üzrə müavininin müşaviri, vitse-admiral Anatoli Şevçenko “İzvestiya”ya deyib. O bildirib ki, amerikalıların Şimal Dəniz Yoluna müdaxilə cəhdləri Moskvanı belə bir addım atmaq məcburiyyətində qoyur:

"1982-ci ildə BMT Dəniz Hüququ Konvensiyasını qəbul etdi və bu Konvensiyada dövlətin öz qanunlarını yaratmaq hüququ olan 12 millik ərazi suları zonası anlayışı müəyyən edildi. 1997-ci ildə Rusiya konvensiyanı ratifikasiya etdi.
Amerikalılar bu 1982-ci il konvensiyasını irəli sürənə qədər bütün Arktika sektorlara bölünmüşdü. Arktikada cəmi beş dövlət var. Rusiya, Danimarka, Norveç, Kanada, ABŞ. Lakin amerikalılar bundan məmnun deyildilər, məlum oldu ki, Rusiya Arktika sahillərinin 60%-dən çoxuna, onlara isə cəmi 7%-ə sahibdirlər".

Anatoli Şevçenko deyib ki, Rusiya konvensiyadan çıxıb-çıxmamaq məsələsini qaldırmalıdır:

"Çünki Şimal Dəniz Yolu bizim daxili nəqliyyat arteriyamızdır. 2012-ci ildən biz bunu prezidentin bir neçə fərmanı ilə təmin etmişik, lakin amerikalılar bununla razılaşmırlar”.

Anar Əliyev
Xəbəri paylaş