Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynaya ballistik raket atdı

Rusiya Ukraynaya ballistik raket atdı


Rusiya bu gün səhər saatlarında Ukraynaya ballistik raketlərlə hücuma keçib.

Newscenter.az Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığına istinadən bildirir ki, Rusiya həmçinin, “Şahed” modelli pilotsuz uçuş aparatları (PUA) ilə də Ukraynaya hücum edib. Hücumlar əsasən paytaxt Kiyevə olub.

Məlumata görə, 18 Rusiya PUA-sı iştirak edib. Onların əksəriyyəti Mikolayiv bölgəsində məhv edilib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Kiyev bölgəsinə 8 ballistik raketlə hücum olduğunu və raketlərin hamısının Ukrayna zenit-raket bölmələri tərəfindən Kiyev yaxınlığında məhv edildiyini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş