Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada bir gündə 80 nəfər xəstəxanaya yerləşdirildi

Rusiyada bir gündə 80 nəfər xəstəxanaya yerləşdirildi


Rusiyada bir neçə gündür müşahidə edilən qarlı-şaxtalı hava ciddi fəsadlara yol açıb.

Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, şaxtalı hava Rostov Donda küçə və prospektlərin buzlanmasına, hərəkətin çətinləşməsinə səbəb olub. Məlumata görə, təkcə dekabrın 11-də 80 nəfər sınıq və çıxıq xəsarətləri ilə xəstəxanalara müraciət edib. Onların bəzilərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib.

Rostov vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti zərər çəkənlərinin bir çoxunun isə ilkin tibbi yardımdan sonra evə buraxıldığını açıqlayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş