“Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə hərtərəfli, geniş spektrli islahatlar həyata keçirilir. Xüsusilə bu sahədə siyasi sahədə həyata keçirilən islahatları qeyd etmək lazımdır. Siyasi partiyalar haqqında qanunun yenilənməsi, ölkədə fikir-söz azadlığının təmin edilməsi, insanların siyasi həyatda aktiv iştirakı məhz bu islahatların tərkib hissəsidir. Lakin təəssüf hissi ilə qeyd edim ki, bu məsələdə bir neçə siyasi partiya hələ də çığır-bağır salmaqda, naftalin iyi verən fikirlər söyləməkdən hələ də yorulmaylblar. Təəssüflər olsun ki, bu proses bu gün də davam etməkdədir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov növbədənkənar prezident seçkilərində radikal siyasi düşərgənin iştirak imkanları, onların namizəd müəyyənləşdirmək potensialına münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın dünyada artan nüfuzu, əldə etdiyi nailiyyətlər, ölkə prezidentinin dünyadakı nüfuzu bu şəxsləri sevindirmək əvəzinə qıcıqlandırır:
"Bu da təbii ki, hər birimizi məyus edir. Çünki bir azərbaycanlı kimi bu günlər biz dünyanın ən qürurlu xalqıyıq, ən gücıü dövlətlərindən biriyik. Bu özünü azərbaycanlı sayan hər bir insanı yalnız qürurlandırmalıdır”.
Vüqar İskəndərov qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2024-cü il, fevral ayının 7-də növbədənkənar prezident seçkilərinin təyin edilməsi yeni siyasi mənzərəni formalaşdırır. Deputat qeyd edib ki, Azərbaycanın ortaya qoyduğu mövqe, güc, qüdrət siyasi palitrada özünü göstərməlidir:
“Suveren əraziləri bərpa edilmiş ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi labüd idi və bunu da cənab prezident elan etdi. Düşünürük ki, 44 günlük Vətən müharibəsində zəfər çalan dövlətin zəfər seçkisi çox uğurla keçiriləcək”.
Millət vəkili onu da deyib ki, özünü İlham Əliyevə rəqib saya bilən, onunla hər hansı bir formada mübarizə aparmaq istəyən hər hansı namizəd bu mübrizəyə qoşula bilər:
“Bunun üçün normal seçki mühiti fomalaşdırılır və həmin seçki mühitinə uyğun olaraq istənilən iddialı şəxs namzədliyini irəli sürə bilər”.
Vüqar İskəndərov, “Ancaq mövcud reallıq da ondan ibarətdir ki, İlham Əliyevin reytinqi ölkədə ən yüksək səviyyədədir və hətta bu reytinqlə İlham Əliyev dünyanın digər ölkələrində də rahat şəkildə prezident seçilə bilər. Çünki əhalinin mütləq əksəriyyəti Cənab Prezidentin ətrafındadır və onu dəstəkləyir”,-deyə vurğulayıb.
S.İsmayılbəyli