Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər paradı Azərbaycan xalqı üçün yenidən oyanış, dirçəlişin simvolu kimi tarixdə qaldı

Zəfər paradı Azərbaycan xalqı üçün yenidən oyanış, dirçəlişin simvolu kimi tarixdə qaldı


Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsini özünə əks etdirən Zəfər paradından 3 il keçir. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə paytaxt Bakıda baş tutan parad təkcə region deyil, eləcə də dünya dövlətlərinə həm də bir mesaj oldu. Azərbaycan bütün dünyaya sübut etdi ki, regionda yeni reallıqlar yaradıb. Elə Yeni Azərbaycan Partiyasının üzvü Malik Mustafayev də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, Zəfər paradı Azərbaycan xalqı üçün yenidən oyanış, dirçəlişin simvolu kimi tarixdə qaldı və qalacaq:

"Zəfər paradını qeyd etməklə, biz dünyaya sübut etdik ki, Azərbaycan xalqı güclüdür, qüdrətlidir. Biz göstərdik ki, xalq Liderinin ətrafında birləşərək müzəffər ordusu, yaşlısı, gənci, uşağı ilə birləşərək " dəmir yumruq " olur və düşmənin başını əzir. Əminəm ki, bizdən sonra gələcək nəsillər də Azərbaycan xalqının tarixinin ən şanlı səhifəsiniə qızıl hərflərlə yazılan bu günü fəxrlə qeyd edəcək. Bu paradı, Zəfər keçidini bizə bəxş edən Ali Baş Komandan, rəşadətli Ordumuz daim bizim qəlbimizdə yaşayacaq".

Malik Mustafayev deyib ki, artıq üç ilə əvvəl qazanılmış qələbəmizlə Qarabağ və Şərqi Zəngəzur da yeni inkişaf dövrünü yaşayır. Hakim partiya təmsilçisi hesab edir ki, "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır.

Anar Əliyev
Xəbəri paylaş