Cənubi Koreya 5 il ərzində müdafiə sənayesinə təxminən 266 milyard dollar xərcləməyi planlaşdırır.
Newscenter.az ölkənin xəbər agentliyi olan Yonhap-a istinadən bildirir ki, bu Cənubi Koreyanın Müdafiə Nazirliyinin 2024-2028-ci illəri əhatə edən orta müddətli müdafiə planında əksini tapıb.
Bu illər ərzində ölkənin müdafiə qabiliyyətinin inkişafı və texnikanın saxlanması nəzərdə tutulur.
Orta müddətli müdafiə planına hərbi kəşfiyyat peyklərinin alınması və daha çox sualtı qayıqların yerləşdirilməsi kimi bir neçə müdafiə məqsədi də daxildir.
Anar Əliyev