Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb


Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb.

Newscenter.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir: “Hazırda Qarabağda bizim iki layihəniz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”.

O qeyd edir ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib: “Ümumilikdə layihənin 85 %-i icra olunub. Sadəcə son stansiyalar- Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”.

R. Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45 %-i həyata keçirilib: “Layihə sürətlə həyata keçirilir. Layihənin yekunlaşdırılması 2025-ci ilə nəzərdə tutulub”.

R.Mehdyeva
Xəbəri paylaş