Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək


Dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.

Newscenter.az-ın Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, qadın voleybolçuların mübarizəsində VI tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.

GİN-nin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “AZERRAIL” üz-üzə gələcək.

Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.

13 dekabr
Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
Ünvan: GƏNCƏ OİK
16:00. “Abşeron” - “Murov Az Terminal” (CBC SPORT-canlı)
Ünvan: GİN-nin Voleybol Mərkəzi
19:00. UNEC - “AZERRAIL”
Ünvan: UNEC VK-nun idman zalı.
Yüksək Liqa (kişilər)
18:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

Oruc Niyazov
Xəbəri paylaş