
Cari ilin 11 ayı ərzində Türkiyə çay ixracından 23 milyon 603 min 945 dollar gəlir əldə edib. Keçən ilin eyni dövründə isə çay ixracıdan əldə edilən gəlir 19 milyon 994 min 569 dollar təşkil edib.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, Türkiyədən 117 ölkəyə, muxtar və azad zonalara çay satılıb.
Ən çox çay ixrac edilən üç ölkə Belçika, Böyük Britaniya və ABŞ olub.
Bildirilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında xaricə 4 min 995 ton çay ixrac olunub.
Natiq Orucov











































