Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-un 29-cu sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun artması baxımından müsbət haldır

COP29-un 29-cu sessiyasının ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun artması baxımından müsbət haldır


"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının- COP29-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması baxımından müsbət haldır. Bu, Azərbaycanın yaxşı mənada reklamı baxımından önəmli hadisədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, tədbirdə 200-ə yaxın dövlət rəsmiləri iştirak edir ki, bu baxımdan məlum toplantını onlara Azərbaycan həqiqətlərini çatdırmaq baxımından yaxşı fürsət hesab etmək olar:

"Azərbaycan hər zaman belə tədbirlərin hazırlanması və keçirilməsi təşkilatçılığındakı qabiliyyətini göstərib. Bu dəfə də belə olacağından şübhə yoxdur. COP29-un 29-cu sessiyası yüksək səviyyədə həyata keçiriləcək. Azərbaycana gələn dövlət başçıları ilə ölkə rəhbərliyinin görüşmə imkanları olacaq. İkili təmaslarda vacib məsələlər müzakirə olunacaq ki, bu da Azərbaycanın beynəlxalq arenada regional yox, beynəlxalq məsələlərin həllində öz köməyini göstərməsi baxımından da səmərəli olacaq".

Anar Əliyev
Xəbəri paylaş