Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komitə sədri Heydər Əliyevin məzarını ziyarət edib

Komitə sədri Heydər Əliyevin məzarını ziyarət edib


Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, onun abidəsi önünə gül dəstəsi qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Newscenter.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, Əlisahib Hüseynov Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüb.

NEWSCENTER.AZ
Xəbəri paylaş