Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədənkənar prezident seçkiləri qərarı müxalifət düşərgəsini qəfil yaxaladı

Növbədənkənar prezident seçkiləri qərarı müxalifət düşərgəsini qəfil yaxaladı


"Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar müxalifət düşərgəsini qəfil yaxaladı. Odur ki siyasi partiyalar necə addım atacaqları barədə çətin, eyni zamanda operativ düzgün addımlar atmaqda mürəkkəb situasiya ilə üzbəüz qaldılar.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, yeni qəbul olunmuş siyasi partiyalar haqqında qanun siyasi partiyaların qarşısında seçkilərdə iştirakı bir vəzifə kimi qoyur:

"Demək seçkidən kənarda qalmaq, yaxud baykot etmək mümkün görünmür. AMİP-in qarşıdan gələn prezident seçkilərində hansı formatda və necə iştirak edəcəyi ilə bağlı hələ konkret qərarı olmasa da, düşünürəm ki, partiya öz mövqeyini yaxın vaxtlarda ortaya qoyacaq".

Anar ƏlİYEV
Xəbəri paylaş