Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə gələn kruiz gəmiləri və sərnişinlərin sayında rekord artım

Türkiyəyə gələn kruiz gəmiləri və sərnişinlərin sayında rekord artım


Türkiyəyə gələn kruiz gəmiləri və sərnişinlərin sayında rekord artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən bildirir ki, noyabr ayında limanlara üz tutan kruiz gəmilərinin sayı keçən ilin eyni ayına görə 39,7 faiz artaraq 95-ə çatıb. Bu tipli gəmilərlə Türkiyəyə gələn sərnişin sayı da noyabr ayında 59,7 faiz artaraq 124 min 563 nəfərə çatıb.

Cari ilin 11 ayı ərzində isə Türkiyə limanlarımıza üz tutan kruiz gəmilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 1167-yə, sərnişinlərin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,6 faiz artaraq 1 milyon 517 min 933 nəfərə çatıb.

Natiq Orucov
Xəbəri paylaş