Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniya Rusiya donanmasının güclənməsindən ehtiyat edir

Britaniya Rusiya donanmasının güclənməsindən ehtiyat edir


Britaniya Rusiya donanmasının güclənməsindən ehtiyatlanır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Böyük Britaniyanın "Daily Express" qəzetində dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrini əhəmiyyətli dərəcədə modernləşdirib:

"Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinə öz gücünü artırmaq məqsədilə iki yeni ölümcül nüvə sualtı qayığı verdi.-"İmperator III Aleksandr" nüvə sualtı qayığı 16 qitələrarası raket daşıyır, "Krasnoyarsk" nüvə sualtı qayığı isə nüvə qanadlı raketləri və torpedolarla təchiz olunub".

Nəşr hesab edir ki, sualtı qayıqların tətbiqi Rusiya Hərbi Dəniz Qüvvələrinin dünya üzrə okeanların müəyyən ərazilərinin və bütövlükdə bütün Rusiya ordusunun strateji monitorinqini gücləndirmək üzrə daha geniş proqramının tərkib hissəsidir.

Anar TAĞIYEV
Xəbəri paylaş