“Azərbaycan Dəmir Yolları” QSC dəmir yollarında baş verən hadisələrə diqqət çəkmək üçün sosial çarx hazırlayıb. Videoda qəza zamanı ayaqlarını itirən şəxs real obraz kimi əksini tapıb.
Newscenter.az xəbər verir ki, aktyor İmran Lalayev 2013-cü ildə dəmir yolu xəttini düzgün keçmədiyi üçün hər iki ayağını itirib. Bu taleni yaşamamaq üçün hər kəs dəmiryolu xətlərindən yox, keçidlərdən istifadə etməlidir. Aktyorun bununla bağlı çağırışı və yaşadığı real həyat hər kəsə ciddi bir mesaj olmalıdır.
Hərəkət iştirakçıları, xüsusi ilə piyadalar və sürücülər dəmir yolu xəttini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməlidirlər. Qatarın ayrıca yolu var və hərəkət üstünlüyü qatara məxsusdur: yolu keçərkən qulaqlıqlardan istifadə etməyin, yüksək sayıqlıq göstərin, keçidlərin qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirin.
NEWSCENTER.AZ