Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhəd Abıyev yenidən deputat olmaq istəyir

Əhəd Abıyev yenidən deputat olmaq istəyir


Daşkəsən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhəd Abıyev yenidən qanunverici orqanda təmsil olunmaq istəyir.

Newscenter.az-a etibarlı mənbədən daxil olan xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Əhəd Abıyev siyasi faliyyətini Milli Məclisdə davam etdirmək barədə düşünür. Məlumatda bildirilib ki, Masallı seçiciləri də Əhəd Abıyevin növbəti seçkilərdə deputatlığa namizədliyini irəli sürməsini təqdir ediblər.

Məlumat üçün qeyd edək ki, Əhəd Abıyevin deputat kimi təcrübəsi genişdir və o Masallı seçki dairəsindən 3 çağırış Milli Məclisin deputatı seçilib.

S.İsmayılbəyli
Xəbəri paylaş